Oxucu sual verir: Qadın Ramazan ayında gün ərzində heyz olursa, həmin günün orucunu başa çatdırmalıdırmı?
Allaha edilən ibadətlərin əsas şərtlərindən biri paklıqdır. Bura həm bədənin və libasın nəcasətdən pak olması, həm də qüslü və dəstəmazı pozan hallar aiddir. Heyzli qadın namaz, oruc kimi vacib ibadətləri yerinə yetirə bilməz, yalnız pak olub qüsl aldıqdan sonra bunları edə bilər. Oruc tutan qadın sübh azanından məğrib azanına kimi keçən bütün müddət ərzində heyzdən pak olmalıdır. Əgər hətta məğrib azanına 5 dəqiqə qalmış heyz olsa, həmin günün orucu batil sayılır. Əlbəttə, buna görə qadın qətiyyən günah qazanmır. Qadın Ramazan ayı başa çatdıqdan sonra növbəti Ramazanın gəlişinə kimi heyz günlərinin orucunun qəzasını tutmalıdır.