Səudiyyə kralı Abdullanın əmri ilə bu ölkənin Dəməşqdəki səfiri geri çağırılacaq.
APA-nın məlumatına görə, buna səbəb Suriyada vəziyyətin hələ də gərgin olaraq qalmasıdır. Ötən gecə Suriya hökuməti tankların köməyi ilə ölkənin şimal-şərqindəki Deyr-əz-Zor şəhərinə və Xula şəhərinə hücumu zamanı 75 nəfər dinc sakin həlak olub. Ərəb Ölkələri Liqası Bəşər Əsəd hökumətindən ölkə vətəndaşlarına qarşı zorakılığı dayandırmağı tələb edib. Eyni zamanda Səudiyyə kralı da Bəşər Əsədi islahatlar keçirməyə çağırıb.