Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin yaxınlığındakı mühafizə postuna silahlı basqın olub.
APA-nın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, mühafizə xidməti əməkdaşlarının açdığı cavab atəşi nəticəsində silahlı şəxs öldürülüb. Hadisə haqqında ətraflı məlumat verilmir. Səudiyyə hüquq-mühafizə orqanları baş vermiş hadisə ilə əlaqədar təhqiqat aparırlar.