POPULYARXƏBƏRLƏR

Asiya İnkişaf Bankı Azərbaycana 950 mln. dollar ayıracaq

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası tərəfindən təsdiqlənən "Ölkə üzrə əməliyyatlara dair 2011-2013-cü illər üçün Biznes-Plan"ı çərçivəsində AİB Azərbaycana 950 mln. ABŞ dollarına yaxın vəsait ayıracaq.

AİB-in Bakı ofisindən "APA-ECONOMICS"ə verilən məlumata görə, ölkə üzrə əməliyyatlara dair biznes-plana əsasən, AİB Azərbaycana 2011-ci ildə 340 mln. dollar (ehtiyat kreditlər da daxil olmaqla), 2012-ci ildə 355 mln. dollar, 2013-cü ildə isə 250 mln. dollar məbləğində vəsait ayırması planlaşdırır. Eyni zamanda, biznes-planın icrası üçün AİB 2 mln. dollar dəyərində texniki yardım (qrant) ayıracaq.

Biznes-plana uyğun olaraq, AİB nəqliyyat, enerji, su təminatı, kanalizasiya, şəhərdaxili xidmət sektorlarını dəstəkləməkdə davam edəcək. Nəqliyyat sektorunda AİB Masallı-Astara yolunun maliyyələşdirilməsi üçün yeni kreditlər ayıracaq. Bank, həmçinin Bakı ilə Gürcüstan sərhədi arasındakı əsas magistral yolların yenidən qurulması layihələrinin maliyyələşdirilməsini də nəzərdən keçirir. Bakı ilə Gürcüstan arasındakı magistral yollar Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının əsas dəhlizi hesab edilir.

Bundan başqa, AİB-in Azərbaycanda enerji sektoru ilə bağlı investisiya proqramı milli paylama şəbəkəsinin gücləndirilməsi və yenilənməsi, enerji təminatı ilə bağlı etibralılığın artırılması, paylama zamanı itkilərin azaldılması, enerji sektorunun maliyyə, idarəetmə və əməliyyat sahələrinin təkmilləşdirilməsini nəzərdə tutur.

Eyni zamanda, şəhərdaxili xidmətlər sahəsində AİB Azərbaycan hökumətinə ikinci dərəcəli şəhərlərdə su təminatı və kanalizasiya xidmətlərinin təkmilləşdirilməsinə yardım göstərməkdə davam edəcək. AİB şəhərdaxili nəqliyyat layihələrinin maliyyələşdirilməsini də nəzərdən keçirmək niyyətindədir.

Qeyd edək ki, 2012-ci ildə AİB Azərbaycan üzrə yeni tərəfdaşlıq strategiyasının hazırlanmasını da planlaşdırır.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə "Şəhər su təchizatı və kanalizasiya Layihəsi", "Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi", Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir. AİB 10 illik (1999-2009) əməkdaşlıq dövrü ərzində Azərbaycana 600-700 mln. ABŞ dolları civarında vəsait, eləcə də 11,5 mln. dollar qrant ayırıb.



Yerləşdirilib:5 Avqust, 2011  13:16, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com