Oxucu sual verir: Rüku halında nə qədər əyilmək lazımdır?
Rüku namazın ən vacib əməllərindən biridir. Belə ki, rükunu hər hansı səbəb üzündən yerinə yetirməmək və ya hər rükətdə bir dəfədən az ya çox yerinə yetirmək namazı batil edər. Hədislərdə rüku insanın öz bəndəliyini Allaha göstərdiyi vəziyyətlərdən biri kimi, az qala səcdə qədər şərəfli əməl kimi təqdim edilir. Rüku halında ovuclar diz qapaqlarına çatana kimi əyilmək lazımdır. Müstəhəbdir insan o qədər əyilsin ki, beli üfüqi vəziyyət alsın. Rüku halında boynu qabağa uzatmaq, baldırları bir qədər geriyə gərməklə bədəni şax tutmaq və səcdə yerinə baxmaq müstəhəbdir.