Hacı Mövsüm hicab məhbuslarının müdafiəsilə bağlı gedən müdafiə kampaniyasına fikir bildirib. Bu haqda "Dəyərlər"ə açıqlamasında AİP sədri Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımov açıqlama verib.
Bununla bağlı A.Qasımov Deyerler.org-a bildirib: "Hacı Mövsüm gedən müdafiə kampaniyasına öz fikrini bildirdi. Bu kampaniyanın təşkilatçılarına, eyni zamanda bu kampaniyada iştirak edib dəstək verən hər kəsə təşəkkürlərinin çatdırılmasını xahiş etdi. Bildirdi ki, bu kampaniya ilə həmin şəxslər təkcə Hacı Mövsümü və bir neçə onunla birgə həbs edilmiş şəxsləri müdafiə etmirlər, bütövlükdə cəmiyyəti müdafiə etmiş olurlar. Bununla bağlı xüsusi təşəkkürlərini bildirdi. Bilirsiniz ki, digər siyasi işlərdə hüquq müdafiəçilərinin dəstəyini hiss etmişik. Amma İslam tərəfdarları ilə bağlı işdə hüquq müdafiəçiləri qeyri-fəallıq göstərirlər. Mən də şəxsən öz adımdan sizə, Hacı İlqar İbrahimoğluna təşəkkür edirəm ki, bunu qabartdınız və artıq hüquq müdafiəçilərini də bu istiqamətdə işləməyə cəlb etdiniz". Müvafiq məhkəmə proseslərinin adi proseslər olmadığını vurğulayan A.Qasımov bütün bunların vəkil üçün də ictimai dəstək baxımından çox önəmli olduğunu deyir. "Vəkilin ictimai dəstəyi hiss etməsi önəmli bir faktordu. Eynullanın, Cabbarın işində ictimai dəstəyi hiss edirdim. Amma Hacı Mövsümün işi ilə bağlı bu dəstəyi hiss etmirdim. Mən çox təşəkkür edirəm DEVAMM-a, onun rəhbərliyinə, "Dəyərlər" saytına ki, siz artıq bu məsələni gündəmə gətirdiniz. Bu, çox önəmli bir məsələdir", - deyən A.Qasımov davamında bildirmişdir: "Mən də yəhudilərlə bağlı səslənən fikirlərə qarşı demək istəyirəm ki, bu tamamilə absurd bir şeydir. Quba ərazisində yaşayan yəhudiləri qırmaq istəyirdilərsə, yəhudilərə qarşı hər hansı təxribat törətmək istəyirdilərsə, terror etmək istəyirdilərsə, silahları niyə Astarada saxlayırdılar?! Bu, absurdur və gülməli ittihamdır. Əminəm ki, bütün vəkillərlə bunu sübuta yetirə biləcəyik