İraqın şimalında polis Kərkük şəhərindəki xristian kilsəsinin qarşısında maşına yerləşdirilmiş bombanın partladığını xəbər verib. Partlayış nəticəsində azı 23 adam yaralanıb
Rəsmilər partlayışın kilsə binasına, habelə geniş ərazidəki evlərə zərər vurduğunu deyir.