Oxucu sual verir: Türbət nədir?
Türbət lüğəti mənada “torpaq” deməkdir. Adətən, İslam müqəddəslərinin məzarı üzərindən götürülmüş torpağa “türbət” deyilir. Terminoloji mənada İmam Hüseynin (ə) dəfn olunduğu Kərbəla torpağı “turbət” adlanır. Kərbəla torpağının ən üstün və şəfalı torpaq olması barədə çoxlu hədislər vardır. Namaz zamanı Kərbəla türbətindən düzəldilmiş möhürə səcdə etmək böyük savaba malikdir. Türbətdən hazırlanmış təsbehi çevirərək, Həzrət Fatimənin (ə) təsbihini söyləməyin də savabı çoxdur. Şəriətə görə vəfat etmiş müsəlmanı dəfn edərkən yanağının altına və sinəsinin üstünə azacıq türbət tökmək savabdır.