İran təhlükəsizlik qüvvələrinin Türkiyə ilə sərhəddə keçirdiyi əməliyyat zamanı PKK terror təşkilatının İran qanadı olan PJAK-ın 7 nəfərlik dəstəsi zərərsizləşdirilib.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, İran dövlət televiziyası kod adı Cəmil olan Murad Qarasaç adlı Türkiyə vətəndaşının başçılıq etdiyi qrupun Qərbi Azərbaycan əyalətində ələ keçirildiyi haqda məlumat yayıb.
Əməliyyat zamanı terrorçulardan 3-ü, o cümlədən Murad Qarasaç öldürülüb, 4-ü yaxalanıb. Bu il iyulun 29-da İran-Türkiyə qaz kəmərini partladan şəxslərin də bu qrupun üzvləri olduğu bildirilir.