İsrail rejiminin müdafiə nazirliyinin baş qərargahının əməliyyat bölməsi zabitlərin 36 ölkə və regiona səfərlərini qadağan edən əmr dərc edib.
"Qafqazinfo"nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, siyahıya daxil olan ölkələrin arasında Azərbaycan, Türkiyə və Gürcüstanın da adı var. Bundan başqa, Çeçenistan, Tailand, Kəşmir, Misir, İordaniya, Tunis və Keniyanın bir neçə rayonunun da adı hallanır. Qeyd edək ki, İsrail rejiminin terrorla mübarizə üzrə milli qərargahının səfər etməyi məsləhət görmədiyi ölkələrin siyahısında iştirak edən Ermənistan bu dəfə siyahıdan çıxarılıb.
("Qafqazinfo")