NATO aviasiyası Liviya hökumətinə məxsus televiziya ötürücülərə zərbələr endirib.
APA-nın məlumatına görə, zərbələr nəticəsində Qəddafinin öz tərəfdarlarına müraciət etməsi üçün istifadə olunan üç televiziya ötürücüsü dağıdılıb. Ümumilikdə dünən gecə Tripolinin ayrı-ayrı nöqtələrində 10-dan artıq partlayış qeydə alınıb. Partlayışların bir qismi şəhərin mərkəzində olub, səhər tezdən isə aviasiya Qəddafinin rezidensiyasının yerləşdiyi rayonu bombalamağa başlayıb.