Azərbaycan prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrk məktubu göndərib.
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda bildirilir: "Əlahəzrət, Əziz qardaşım, Milli bayramınız – Taxt-tac günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Mərakeş dostluğu və əməkdaşlığı daim inkişaf edəcək və möhkəmlənəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Mərakeş xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".