POPULYARXƏBƏRLƏR

Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsinə əlavə və dəyişikliklər ediləcək

Ramazan ayı ilə bağlı bir sıra problemlər ortaya çıxır.

Bu problem yalnız Azərbaycanda deyil, bütün İslam dünyasında müşahidə olunur. Əsas problem bayramın təqvimi ilə bağlıdır. Bəzi məscidlər Qafqaz Müsəlmanları İdarəsinin təqvimi, bəziləri isə digər təqvimlərlə bayramı keçirir. Bu isə məscidlərdə azanın verilməsində vaxt fərqi yaradır. Bu hal Azərbaycanın bəzi bölgələrində müşayiət olunur. Bəzi məscidlərdə azan bir, qonşu məsciddə isə başqa vaxtda verilir, bu isə insanlar arasında çaşqınlıq yaradır". APA-nın məlumatına görə, bunu Dini Qurumların İşləri üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanmasına həsr olunmuş tədbirdəki çıxışında deyib.

H. Orucov digər problem kimi, bəzi şiə məscidlərində sünnilərə "Təvvərrük" namazının qılınmasına, sünni məscidlərində isə Məhərrəmlik ayının qeyd olunmasına imkan verilmədiyini qeyd edib: "Bu düzgün deyil. Ramazan ayı qardaşlıq və vəhdət ayıdır. Belə şeylər yolverilməzdir".

Dövlət Komitəsinin sədri indiyə kimi 520 İslam dini icmasının qeydiyyatdan keçdiyini də qeyd edib: "Bunlara qeydiyyat vərəqəsi təqdim olunub və nizamnamələri təsdiq olunub".

H. Orucov deyib ki, QMİ-nın Nizamnaməsinə əlavə və dəyişiklik edilməsinə ehtiyac var: ""Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklərdən sonra Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsi qanunla köklü ziddiyyət təşkil etməsə də, Nizamnamədə bəzi dəyişikliklər labüddür. Yaxın vaxtlarda bunlar ediləcək. Əlavə və dəyişiklərdən sonra qanunda İslam təmayüllü icmaların Qafqaz Müsəlmanları İdarəsinə tabeçilik məsələsi aydın göstərilib. Yəni, bu quruma yeni səlahiyyətlər verilib. Bir problem qalır. Bu da ondan ibarətdir ki, komitə bir müddət öncə icmaların qeydiyyatını dayandırıb. Biz qanuna dəyişikliklərin ediləcəyini bilirdik, qeydiyyat prosesi də ona görə dayandırılmışdı. Artıq qeydiyyatdan keçməyən 219 dini icmanın məsələsinə idarənin təqdimatı ilə komitədə baxılır".

H. Orucov bildirib ki, hazırkı məqamda icmaların qeydiyyatı məsələsi ilə bağlı məsləhətləşmələr həmin qurumlar tərəfindən QMİ-nin hüquq şöbəsi ilə aparılacaq: "Bir məqamı da diqqətə çatdırmaq istərdim ki, yeni qanunda icma təsisçilərinin sayı 10 nəfərdən 50-yə qaldırılıb".



Yerləşdirilib:30 İyul, 2011  19:56, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com