POPULYARXƏBƏRLƏR

"Yeni Müsavat": Hicab qadağasının ləğvi üçün 100 min imza toplandı

Hacı İlqar İbrahimoğlu: "Bu iş bir ibadət olaraq həyata keçirildi"

Orta məktəblərdə hicab qadağasını ləğv olunması üçün bu ayın əvvəlində start götürmüş "Prezidentə 100 minlik müraciət" imzatoplama kampaniyası finala yetişdi. Artıq kampaniya çərçivəsində nəzərdə tutulan 100 min imza toplanılıb. Bu barədə deyerler.org saytı məlumat verib. Saytın məlumatına görə, iyulun 25-də - kampaniyanın 23-cü günü toplanan imzaların sayı 100 mini ötüb. Ancaq saytın məlumatına görə, könüllülərdə olan vərəqələrə imzaların toplanması davam edir. Bu səbəbdən imzaların sayının 100 mindən xeyli artıq olacağı planlaşdırılır.
Deyerler.org saytına açıqlamasında kampaniyanın təşkilatçısı, Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu 100 min imzanın toplanmasını cəmiyyətin mövzuya diqqəti və fədakar insanların əməyinin nəticəsi kimi qiymətləndirib: "Şükürlər olsun ki, yüzminlik hədd keçildi. Allah Təalanın böyük lütfü ilə, 2 ay üçün nəzərdə tutulan imzalar, 23 günə yığıldı. Ölkəmizin 100 mindən çox vətəndaşı hicab probleminin həlli üçün dövlət başçısına olan müraciəti dəstəklədi. Biz bunu mübarək Ramazan ayı öncəsi Allah Təalanın sonsuz lütfünün və mərhəmətinin təzahürü kimi dəyərləndiririk. Bu işi onlarla ilahiyyatçı qardaşımız, yüzlərlə ixlaslı mömin və möminələr bir ibadət olaraq həyata keçirdilər. Allah Təala zəhməti keçən hər bir insana öz mərhəmət və tofiqatından qəni-qəni əta etsin, inşəallah!"
DEVAMM sədri imzatoplama kampaniyasının davam edəcəyini deyib: "Hələlik imzatoplama davam edəcək. Kifayət qədər sayda imza vərəqi fəallarımızın əlindədir və böyük şövqlə imzatoplama davam edir. Yaxın zamanlarda məsləhətləşmələr və dəyərləndirmələr aparıb, atılacaq gələcək addımları müəyyənləşdirəcəyik".
Qeyd edək ki, imzatoplama kampaniyası ilə bağlı cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri öz fikirlərini bildiriblər.
"Turan" Agentliyinin əməkdaşı, tanınmış jurnalist Tofiq Türkel kampaniyanın yalnız dindarlar deyil, cəmiyyətin bütün təbəqələrini əhatə etdiyini, kampaniyanı ictimai və vətəndaş fəallığının bir göstəricisi saydığını deyib: "Qısa müddətdə bu qədər imzanın toplanması o deməkdir ki, burada imza atanların hamısı sırf dini ayinlərə bağlı olan adamlar deyil. Burada həmçinin bu və ya digər mənada bu məsələ ilə bağlı olmayan, amma insan haqları ilə bağlı fəaliyyəti olan insanların da iştirakını çox önəmli sayıram. Hicab bir insanın haqqıdırsa, niyə bu haqq onun əlindən alınsın?"

Jurnalist Çingiz Sultansoy isə deyerler.org-a imza kampaniyasını xalqla hakimiyyət arasında dialoqun başlanması üçün bir təşəbbüs adlandırıb: "Bu xalqımızın milli və mənəvi dəyərlərinə söykənən, İslamla formalaşan, tarixən yüzilliklər, minilliklər boyunca formalaşan dəyərlərimizə söykənən, qorunmasına söykənən hərəkətdir. Bu cür fikirləşən insanların sayı çoxalsa, imza toplanması daha da sürətlə gedəcək. Burada mənə elə gəlir ki, heç bir təəccüblü bir şey yoxdur. Elə belə də olmalı idi".
Psixoloq Azad İsazadə imza kapmaniyasını referenduma bənzədib. Hicab qadağasının ləğvi üçün imza toplanmasını yüksək qiymətləndirən A.İsazadə hicab qadağasına qarşı olduğunu deyib: "Mənim fikrim belədir ki, bu, hər kəsin öz şəxsi işidir. Hüquqi müstəvidə bu məsələni hər bir insan özü həll etməlidir. Heç kim ona bu məsələdə qadağa qoya bilməz. Bir məsələni deyim ki, dindar xanımların hüquqları kişilərdən daha çox pozulur və haqqında danışdığımız qadağa da yenə xanımlara, qızlara tətbiq olunur. İmzaların tez bir zamanda toplanması onu göstərir ki, problem ciddi səciyyə daşıyır. Bu problemə ciddi yanaşıb, həllini tapmaq lazımdır. Bu məsələni cəmiyyətin içində hansısa yolla müzakirə etməklə həll etmək mümkündür".

KƏNAN, "Yeni Müsavat"



Yerləşdirilib:27 İyul, 2011  15:55, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com