İranda istehsal olunmuş "Fajr-3" ikiyerli, birmotorlu təyyarə Aşqabad beynəlxalq hava limanına eniş edib
APA-nın məlumatına görə, yeni təyyarənin qarşılanma mərasimində Türkmənistanın hökumət üzvləri, İran səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bu təyyarə İran prezidenti Mahmud Əhmədinejat tərəfindən Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədova hədiyyə edilib.