Tarixi və nadir Quran nüsxəsi auksiona çıxarılıb
İslam.az İQNA-ya istinadla xəbər verir ki, tarixi və nadir Quran nüsxələrindən sayılan "Əl-Müshəful-Əzrəq" (Mavi Quran) adlı qədim Quran nüsxəsinin səhifələrindən biri Londonun "Christie's" auksion mərkəzində hərraca çıxarılıb.
"Mavi Quran" adı ilə məşhur olan bu nadir və tarixi nüsxə mavi rəngdə dəri üzərinə qızıl suyu ilə Kufi xəttində yazılıb. Quran nüsxəsinin maddi dəyəri 192 min dollar olaraq qiymətləndirilib.
"Mavi Quran" adlanan bu nüsxə Qurani-Kərimin 3-cü surəsi olan "Ali-İmran" surəsindən bəzi ayələri ehtiva edir. Bu nüsxənin hicri-qəməri ili ilə 4-cü əsrə aiddir və Tunisin Qeyrəvan şəhərində tapılıb.
Qeyd edək ki, Londonun "Christie's" auksion mərkəzi dünyada qədim, tarixi və nadir incəsənət əsərlərini hərraca çıxaran auksion mərkəzi kimi məşhurdur.