İyulun 27-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.
APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə tam əminlik ifadə olunub.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfərinin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyi bildirilib.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.