NATO-ya məxsus Chinook helikopteri Əfqanıstanın şərqindəki Kunar əyalətinin Manuqay mahalında vurulub. Bu barədə mahalın başçısı Nurulla Xan məlumat verib.
Onun sözlərinə görə, ikinci NATO helikopteri cavab olaraq yerə raket zərbəsi endirib. Nəticədə "Taliban"ın iki məşhur səhra komandiri - Məhəmməd Həbibi və Məhəmməd Nəbi həlak olublar.
Öz növbəsində taliblərin mətbuat katibi Zəbiulla Mücahid helikopterin vurulması nəticəsində bir neçə amerikalı hərbçinin öldüyünü bildirib. O həmçinin "Taliban"ın iki səhra komandirinin həlak olması faktını da təsdiq edib.