Oxucu sual verir: Hər gün sədəqə verməyin dünya həyatında faydası varmı?
Hər gün az miqdarda da olsa sədəqə vermək hədislərdə çox təkid olunub. Həzrət Mühəmməd Peyğəmbər (s) bu barədə buyurmuşdur: “Gününüzü sədəqə verməklə başlayın (yəni səhər sədəqə verin). Hər kim gününü sədəqə verməklə başlasa, (həmin gün) ona bəla toxunmaz” (Bihar əl-ənvar, 96-cı cild, səh. 177).
Yenə o həzrətin belə buyurduğunu rəvayət etmişlər: “Səhər açılanda sədəqə ver; bu sədəqə ilə həmin günün bədliyi səndən uzaqlaşar. Axşam düşəndə sədəqə ver; bu sədəqə ilə həmin gecənin bədliyi səndən uzaqlaşar” (Bihar əl-ənvar, 96-cı cild, səh. 176).