Oxucu sual verir: Hansı zamanlarda dualar daha tez müstəcab olur?
Duaların müstəcab olduğu zamanlar barədə mənbələrdə çoxlu hədis vardır. Mərhum Şeyx Küleyni bu hədislərin bir neçəsini “Üsuli-Kafi” əsərində, “Dua” kitabının 13-cü babında qeyd etmişdir. Həmin babdakı hədislərdən məlum olur ki, bu vaxtlar səmanın qapıları açılar və dualar müstəcab olur: külək əsəndə, yağış yağanda, zöhr vaxtı, sübh azanı ilə Günəşin doğuşu arasındakı zaman fasiləsində, Quran oxunanda, vitr namazında, azan deyiləndə, haqq və batil qoşunu döyüş meydanında üz-üzə duranda, Allah yolunda möminin qanının ilk damcısı axıdılanda və s. (bax: Üsuli-Kafi, 2-ci cild, səh. 476-478).