İranın xarici işlər naziri İslam respublikasının Amerika ilə münasibətlərin normallaşdırılması üçün açıq olduğunu deyib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, lakin Əli Əkbər Salehi münasibətlərin şərtsiz və bərabər şəkildə qurulmalı olduğunu bildirib. Dövlət mediasında nazirə istinadən verilən xəbərdə deyilir ki, o, ABŞ-ın mübahisəli nüvə proqramına görə tətbiq etdiyi sanksiyalardan söz açmayıb. Bu həftə İran uran zənginləşdirilməsinin sürətləndirilməsi üçün yeni senrifuqların işə salınacağını bəyan edib.