Suriyanın xarici işlər naziri Valid Moallem ABŞ və Fransa səfirlərinə şəxsi icazəsi olmadan Dəməşqi tərk etməyi qadağan edib.
Nazir xəbərdarlıq edib ki, əgər bu xəbərdarlığa əməl edilməsə, bütün səfirlərə rəsmi surətdə paytaxtı tərk etmək qadağan olunacaq.
Xarici işlər naziri bu əmri ABŞ və Fransa səfirlərinin müxalifət və hökumət qüvvələrinin mübarizə meydanına çevrilmiş Xoms şəhərinə səfərindən sonra verib.