Azərbaycan prezidenti İlham Əliyev Misir Ərəb Respublikası Silahlı Qüvvələri Ali Şurasının sədri, feldmarşal Məhəmməd Hüseyn Tantaviyə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, təbrikdə deyilir: "Misir Ərəb Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycanla Misir arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcək.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Misir xalqına sülh və firavanlıq diləyirəm".