Oxucu sual verir: Saça lak vurmaq olarmı?
Səliqə naminə saça lak vurmağın şəriət baxımından qadağası yoxdur. Amma nəzərə almaq lazımdır ki, saça lak vurulduqdan sonra dəstəmaz almaqda problem yaranır. Belə ki, dəstəmaz zamanı başın ön hissəsinə məsh çəkilir. Yəni sağ ovucun nəmliyi ilə saç isladılır. Hətta əgər adamın saçı çox uzundursa, tağ ayırıb arasına məsh çəkməli, başın dərisini islatmalıdır. Bu zaman saçın özü və ya başın dərisi (saç uzun olarsa) islanmasa, dəstəmaz düzgün sayılmaz. Lak isə saçın üzərini tam örtür, sərt təbəqə yaradır və su ilə islanmasına mane olur. Buna görə də saçda lak olduğu halda dəstəmaz almaq olmaz. Lak vurulmuş saç təmiz yuyulduqdan və lak təmizləndikdən sonra saçı qurudub dəstəmaz almaq olar.