Səudiyyə Ərəbistanında möminlər Əl-Xubar şəhərində son üç ildə bağlı qalan 3 məsciddə namaz qılmaq imkanından yararlana biləcəklər.
SalamNews ABNA agentliyinə istinadla xəbər verir ki, bu məscidlərdə ümumilikdə eyni vaxtda 20 min mömin ibadət edəcək. Bununla yanaşı, iki il bağlı qalmış ismailiyyə məzhəbi ardıcıllarının ibadət etdiyi məscid də istifadəyə açıqdır.
Səudiyyənin hakimiyyət orqanları 2008-ci ildən bəri burada yaşayan Əhli-beyt (ə) ardıcıllarına təzyiq göstərərək, onlara məxsus məscidlərin xeyli hissəsini bağlamışdı. Onlara hətta evlərində camaat namazı qılmağa qadağa qoyulmuşdu.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında Əhli-beyt (ə) ardıcılı olan bir çox görkəmli ictimai və siyasi xadim evlərində camaat namazı qılmaqda ittiham olunaraq həbs edilmişdi. (SalamNews)