Neftdaşıyan liman olan və neft terminalları yerləşən Breqa şəhərinin ətrafında Liviya üsyançıları ilə Müəmmar Qəddafiyə sadiq qüvvələr arasında şiddətli döyüşlər gedir.
APA-nın verdiyi xəbərə görə, üsyançılar Qəddafi qüvvələrini şəhərdən sıxışdırıb çıxartmağa çalışırlar.
Xatırladaq ki, Breqa şəhərini fevral ayında bir neçə dəfə münaqişə tərəfləri əldən ələ keçirib