POPULYARXƏBƏRLƏR

Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin "qara qutu"su yerli polislər tərəfindən tapılıb

İlham Əmirov: "Təyyarənin bakında ehtiyat yanacaq olduğundan, partlayışdan baş verən yanğın uzun müddət davam edib"

Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin "qara qutu"su hadisənin baş verdiyi Pərvan əyalətinin polis hissələri tərəfindən tapılıb.

APA-nın xəbərinə görə, bu barədə Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən rəhbəri, "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin vitse-prezidenti İlham Əmirov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "qara qutu" hazırda komissiyanın Əfqanıstan tərəfdən olan sədrindədir: "yaxın günlərdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) Moskvadakı qərargahına göndəriləcək: "Biz onlara müraciət etmişik ki, beynəlxalq konvensiyaya uyğun olaraq "qara qutu" hər iki tərəfin - həm Əfqanıstanın, həm də Azərbaycanın nümayəndələrinin iştirakı ilə açılmalıdır. Xahiş etmişik ki, qutu bizim iştirakımızla oxunsun".

İ.Əmirov bildirib ki, hadisə yerinə paraşütçülərin də yaxınlaşması mümkün deyil: "Çünki ora hərbi cəhətdən də təhlükəlidir və bu cəhd hökmən insan itkisinə səbəb ola bilərdi. İndiyədək cəsədləri əldə etmək üçün Azərbaycanın Pakistan və Əfqanıstandakı səfirliklərini, ABŞ-ın Azərbaycandakı səfirliyini prosesə cəlb etdik. Mən bu şəkilləri görəndən sonra başa düşdüm ki, Əfqanıstan tərəfi bizim cəhdlərə niyə belə soyuqqanlı yanaşır. Yəni onlar bilirlər ki, hətta hansısa itkilər hesabına da qəza yerinə yaxınlaşmaq mümkün olsa belə, cəsədləri tapmaq çox çətindir. Çünki 190 tonluq təyyarədən qalan budursa, burda cəsəd tapmaq olarmı? Qəza zamanı təyyarənin bakında xeyli yanacaq olub. Bu yanacaq ehtiyat üçün - aeroport bağlı olarsa, başqa aeroporta enmək üçün lazımdır. Nəticədə baş verən partlayış zamanı yanğın uzun müddət davam edib. Amma biz ekipaj üzvlərini itkin düşmüş sayırıq. Qaydaya görə, onların axtarışı davam edəcək. Qaydaya görə, cəsədlər 6 ay ərzində tapılmasa, onlar həlak olmuş sayılacaq".

Komissiya rəhbəri təyyarənin vurulması ilə bağlı ehtimallara hələ də aydınlıq gətirilmədiyini söyləyib: "Bu ehtimal da, başqa versiyalar da var və onların hamısına baxılır".

Bununla belə, İ.Əmirov Əfqanıstana Azərbaycandan uçuşlar yerinə yetirilməsində fasilə yaranmadığını vurğulayıb: "Hələlik Kabildən və Baqramdan başqa digər aeroportlara uçuşlar yerinə yetirilir".

Onun sözlərinə görə, qəzadan sonra "Silk Way" aviaşirkətində işləyən Özbəkistan vətəndaşları fəaliyyətlərini dayandırıblar: "Özbəkistan özü də uçuşlarını dayandırıb".

Qeyd edək ki, Azərbaycanın "Silk Way" aviasiya şirkətinə məxsus "İL-76" təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. "Taliban" hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin "Taliban" tərəfindən vurulduğunu bildirib.

Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.

Yük qaldırma imkanı 40 ton olan "İl-76" təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısının həlak olduğu ehtimal edilir. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.



Yerləşdirilib:21 İyul, 2011  18:27, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com