"Əl-Qaidə"nin yeni lideri Ayman əz-Zəvahiri təşkilatın taktikasını dəyişərək ABŞ-a qarhı Yaxın Şərq, Afrika və Avropada hücuma keçmək fikrindədir. Bu barədə The Wall Street Journal yazır.
ABŞ xüsusi xidmətlərinin məlumatına görə, təşkilatın keçmiş lideri Üsamə ben Ladendən fərqli olaraq, əz-Zəvahiri ABŞ-dan xaricdə terror aktını həyata keçirməyin daha asan olduğunu bildirib. Bunun üçün təşkilat Pakistan və Yəməndəki silahlılarından istifadə edə və Somalinin "Əş-Şəbab" dini qruplaşması ilə əlaqə qura bilər.