POPULYARXƏBƏRLƏR

"İslam Əməkdaşlıq Təşkilatı Modeli" Konfransının simulyasiya qətnaməsində Ermənistana sanksiyalar tətbiq olunub

İstanbulda İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı (İKGF), Türkiyə Xarici İşlər Nazirliyi, Sabançı Universiteti, Tuzla Bələdiyyəsi və Misirin Mədəniyyət Araşdırmaları və Mədəniyyətlərarası Dialoq Mərkəzinin dəstəyi ilə keçirilmiş ilk Beynəlxalq "İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli" Konfransı 2 günlük "İƏT Xarici İşlər Nazirləri Sammiti"nin simulyasiya oyunları ilə başa çatıb.

İKGF-dən APA-ya verilən məlumata görə, İKGF Avrasiya Beynəlxalq Məşvərət Şurası sədri Elçin Əsgərovun İstanbuldan verdiyi məlumatda bildirilib ki, oyun zamanı İƏT üzv ölkələrini təmsil edən və "xarici işlər nazirləri", "nazir müavinləri", "səfir" qismində çıxış edən gənclər İslam dünyasının və beynəlxalq aləmin aktual problemlərini müzakirə ediblər.
Sammitin gündəliyinə çıxarılan ilk məsələ Dağlıq Qarabağ münaqişəsinin 17 ildən artıq danışıqlar yolu ilə həll olunmaması və təcavüzkar Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxmaması nəticəsində yaranan şərait olub. Verilən simulyasiya tapşırığına görə İƏT nümayəndələri yaranmış böhran vəziyyətini (Ermənistanın qondarma Dağlıq Qarabağ rejimini tanıması və Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsi) müzakirə ediblər. Müzakirələrin sonunda Azərbaycan heyətinin irəli sürdüyü və yekdilliklə qəbul edilən qətnamədə İƏT üzv ölkələri heyətləri Ermənistana qarşı siyasi və iqtisadi sanksiyaları qəbul edib, eyni zamanda Azərbaycanın bütün vasitələrlə işğal olunmuş torpaqlarını azad etmək hüququnu tanıyaraq ölkəmizə siyasi dəstəyini bildirib, bunla bağlı BMT-də vahid xətdən çıxış etməyi qərarlaşdırıblar.
Gündəliyin digər məsələləri Liviya böhranı, "Mavi Mərmərə" Flotiliyası ilə bağlı olub. İştirakçılar Liviyada dinc əhalinin həlak olması ilə nəticələnən vətəndaş müharibəsinin dayandırılması və simulyasiya tapşırığında nəzərdə tutulduğu kimi Liviyaya daxil olmuş NATO qüvvələrinin ölkədəki statusuna İƏT-in münasibətini, eyni zamanda Liviyanın sonrakı inkişafında İƏT ölkələrinin mümkün rolunu müzakirə ediblər.
Qəbul olunmuş müvafiq qətnamədə İƏT ölkələri arealında İƏT ölkələrinin məsuliyyəti və iştirakının gücləndirilməsi nəzərdə tutulub. "Mavi Mərmərə" Flotiliyası ilə bağlı müzakirələr isə humanitar və siyasi məsələlərin kompleks həlli yollarının araşdırılmasına həsr olunub.
Simulyasiya İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının sessiyalarının prosedur qaydalarına tam uyğun şəkildə keçirilib və oyunların yekunları əsasında beynəlxalq jüri tərəfindən 3 qalib heyət müəyyən edilib. Jürinin qərarında əsasən danışıqların aparılması, qətnamə tərtibi, İƏT üzv ölkələrindəki vəziyyət barədə məlumatlılıq, natiqlik qabiliyyətlərinə görə Pakistan heyəti 1-ci yer, Azərbaycan 2-ci və BƏƏ 3-cü yerə layiq görülüblər.

E. Əsgərov deyib ki, konfransın Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətində də böyük rolu var: "Çoxsaylı universitetlərin iştirak etdiyi və Türkiyədə akkreditə olunan diplomatik nümayəndəliklərin müşahidə etdiyi sammit simulyasiyasında İƏT ölkələri gəncliyinin Azərbaycana tam dəstək verməsi dünyaya bir mesajdır".
Konfransda, həmçinin "Beynəlxalq İƏT Modelinin" gələn il Azərbaycanda keçirilməsi haqqında da qərar elan edilib.



Yerləşdirilib:21 İyul, 2011  18:13, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com