Çinin şimal qərb hissəsində yerləşən Sincan Uyğur Muxtar Respublikasının Hotan şəhərində 20 uyğur türkü qətlə yetirilib.(AA)
Dünya Uyğur Konqresi tərəfindən verilən açıqlamada deyilir ki, polis dinc nümayişçilərə qarşı güc tətbiq edib. Polis 14 nümayişçini vəhşicəsinə döyərək, 6 nümayişçiyə isə atəş açaraq öldürüb. Verilən digər məlumatda isə bildirilir ki, ötən gün Naarburq məntəqəsində polis idarəsinə edilən hücum zamanı 4 nəfər həlak olub.
Qeyd edək ki, Hotan şəhərində 300 min insan yaşayır ki, onların da 90 faizi milliyyətcə uyğur türküdür.