Xəbər verdiyimiz kimi, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın iyulun 25-də Qəzzaya səfər edəcək. Ərdoğanın Qəzzaya səfəri diplomatik nümayəndəliklər tərəfindən də təsdiqlənib. Xəbərə görə, Ərdoğan Qəzzaya getmək üçün Misirə müraciət ünvanlayıb və bu müraciət qəbul edilib.(dunyabulteni)
İsrail rejimi Ərdoğanın Qəzzaya getməsindən narahatlığını ifadə edib. Verilən məlumata görə, İsrail rejimi Ərdoğanın Qəzza səfərinə mane olmaq üçün Misir tərəfinə təzyiqlər edib. Lakin Misir tərəfi İsrail rejiminin təzyiqlərinə baxmayaraq səfərə yaşıl işıq yandırıb. İsrail rejimi bu səfəri HƏMAS təşkilatına dəstək məqsədi daşıdığını irəli sürüb. HƏMAS isə Ərdoğanın Qəzzaya səfəri ilə bağlı onlara rəsmi məlumatın daxil olmadığını deyir.