"Azərbaycan rəhbərliyinin Fələstinə dair bəyanatında bizim üçün yenilik yoxdur".
APA-nın məlumatına görə, bunu İsrail Xarici İşlər Nazirliyi baş direktorunun müavini Pinxas Avivi "İzrus" portalına açıqlamasında deyib.
Azərbaycanın sentyabr ayında BMT-də müstəqil Fələstin dövləti lehinə səs verəcəyi haqda rəsmi Bakının mövqeyinə toxunan İsrail rəsmisi bildirib ki, burada İsraili təəccübləndirəcək bir məqam yoxdur: "Amerika, Rusiya və bir çox digər dövlətlər də Fələstin dövlətinin yaradılması ideyasını dəstəkləyir. Lakin birtərəfli qaydada deyil. Bir çoxları fələstinlilərin müstəqillik arzusunu dəstəkləyir, amma yalnız İsraillə danışıqların yekunundan asılı olaraq".