Azərbaycanın Göyçay rayonunda satışına və yayılmasına icazə verilməyən dini kitablar aşkar edilib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Göyçay rayon Polis Şöbəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən Göyçay rayon sakinləri Niyazi Mirzəyevə məxsus mağazadan 5 ədəd, Veyis Məmmədova məxsus mağazadan isə 6 ədəd satışına və yayılmasına icazə verilməyən dini kitablar aşkar edilərək götürülüb.