İsrail hökuməti Suriya prezidenti Bəşər Əsədə məktub göndərib. APA-nın "The Jerusalem Post" qəzetinə istinadən verdiyi məlumata görə, məktub türk vasitəçilərlə B. Əsədə çatdırılıb. Məktubda B. Əsədə xəbərdarlıq edilib ki, İsrailə qarşı hərbi əməliyyata başlasa o özü şəxsən İsrailin hədəfinə çevriləcək.
Suriya prezidentinə xəbərdarlıq məktubu göndərilməsinin səbəbi İsrail kəşfiyyatının sərhəddə Suriya qoşunlarının yüksək hazırlıq vəziyyətinə gətirilməsini aşkara çıxarmasıdır. Belə ki, Suriya "Yer-yer" tipli raketlərin dislokasiya yerlərini dəyişdirməyə başlayıb. Bununla əlaqədar İsrail ordusu da döyüş hazırlığı vəziyyətinə gətirilib.
Qeyd edək ki, İsrail və Suriya 1973-cü ildən bəri müharibə vəziyyətindədir.