Fransa Silahlı qüvvələri baş qərargahı Liviya üsyançılarına silah verilməsini təsdiq edib.
Məlumata görə, silahla dolu konteynerlər paraşütlərlə Cəbəl-Nafusa dağ massivinin üzərində atılıb.
Yüngül silahlar həm üsyançı dəstələr, həm də mülki əhalinin özünümüdafiəsi üçün nəzərdə tutulub.
Əməliyyat iyun ayının əvvəllərində həyata keçirilib.