İyunun 28-də Azərbaycana rəsmi səfərə gələn Fələstin Dövlətinin prezidenti Mahmud Abbasın rəsmi qarşılanma mərasimi olub
APA-nın məlumatına görə, M. Abbası
Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri M. Abbasa, Fələstin nümayəndə heyətinin üzvləri isə İ. Əliyevə təqdim olunub.
Prezidentlər rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimindən sonra prezidentləri təkbətək görüşü olub. Görüşdə siyasi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin vəziyyəti və inkişafı ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.