Əl-Qaidə" beynəlxalq terror şəbəkəsi ABŞ prezidenti Barak Obama və Əfqanıstandakı NATO qoşunlarının komandanı general Devid Petreusa qarşı sui-qəsd hazırlayırmış.
Bu barədə keçmiş "Əl-Qaidə" lideri Üsamə ben Ladenin Pakistanın Abbotabad şəhərindəki sığınacağında ələ keçirilmiş sənədlərlə tanış olan ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Mənbənin sözlərinə görə, "Əl-Qaidə" içərisində Obama və Petreus olan təyyarəni partlatmaq istəyirmiş.