Suriya təhlükəsizlik qüvvələrinin cümə günü etiraz aksiyalarını yatırtması zamanı 32 dinc sakin qətlə yetirilib. Bu barədə Suriya müxalifətçiləri məlumat veriblər. Təkcə 23 nəfər paytaxt Dəməşqdə həlak olub
Beləliklə, ötən cümə günü Bəşər Əsədin istefası tələbi ilə keçirilən etiraz aksiyaları dönəmində ən qanlı gün kimi tarixə düşüb.
Müxalifət lideri Valid Bunin isə Reuters-ə "Milli qurtuluş" konfransının təxirə salındığını bildirib. Müxalifət bu addımı təhlükəsizlik qüvvələrinin qəddarlığına qarşı atıb.