Qazaxıstan hökuməti ölkədə hicabı qanunla məhdudlaşdırmayacaq. Qazaxıstan baş naziri Karim Masimov belə bir bəyanatla çıxış edib, - "İnterfaks" xəbər verir.
"Mən hesab edirəm ki, hakimiyyət hicabı qadağan etməməlidir. Bunu qadağan etmək üçün hər hansı qanunverici və ya nizamnamə xarakterli tədbir biz həyata keçirməyəcəyik", - deyə baş nazir keçirdiyi video konfransada bildirib.
Baş nazir qeyd edib ki, yalnız Qazaxıstanda deyil, dünyanın bir çox ölkələrində bu məsələ siyasiləşdirilir. "Din, xüsusilə də İslam dininin mövcud olmağa hüququ var və biz hər bir insanın dini inancına hörmətlə yanaşmalıyıq", - deyə K.Masimov vurğulayıb.
Eyni zamanda baş nazir vurğulayıb ki, dinə heç bir aidiyyatı olmayan ekstremist cərəyanlarla ciddi davranmaq lazımdır və hökumət onlara qarşı lazımi siyasət həyata keçirəcək.