İsrail hərbi təyyarələri gecə saatlarında Qəzza zolağındakı iki obyektə zərbə endiriblər. Bu barədə Əl-Qüds radiosu məlumat verib. Qurbanlar barədə məlumat verilmir.
Radionun bildirdiyinə görə, aviazərbələr Fələstin-Misir sərhədinin altında olan qaçaqmalçılıq tunelinə və Qəzza şəhərinin şərqindəki kənd təsərrüfatı anbarına endirilib. Hər iki obyekt məhv edilib