Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda dini mövzularda yazan jurnalistlər üçün kurslar təşkil etməyi planlaşdırır
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə məlumat verib. O bildirib ki, bir sıra hallarda jurnalistlər bu sahəni yaxşı bilmədiyindən müəyyən yanlışlıqlara yol verirlər. QMİ bu problemin aradan qaldırılması üçün dini mövzularda yazan jurnalistlər üçün kurslar təşkil edəcək.