POPULYARXƏBƏRLƏR

Qafqaz Müsəlmanları İdarəsində toy və yas mərasimlərində israfçılıq müzakirə olunub

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) toy və yas mərasimlərinin keçirilməsi mövzusunda dəyirmi masa təşkil olunub.


APA-nın məlumatına görə, QMİ sədri Allahşükür Paşazadə mövzunun əhəmiyyətindən danışaraq yas və toy mərasimlərində israfçılıq hallarının olduğunu, bunun islam dini ilə ziddiyyət təşkil etdiyini deyib. Tədbirdə dəyirmi masa iştirakçıları adından QMİ Qazılar Şurası və Elmi-Dini Şurasına müraciət səsləndirilib.

Çıxış edən millət vəkili Fəttah Heydərov bildirib ki, bu müraciət vaxtında edilib. O qeyd edib ki, toy və yas mərasimləri ilə bağlı problemlər daim müxtəlif tədbirlərdə müzakirə olunsa da, indiyədək konkret addım atılmayıb.

AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov da israfçılığı pisləyib və bu məsələ ilə bağlı QMİ-nin fətva verməsinə ehtiyac olduğunu vurğulayıb. O, şeyxülislam Allahşükür Paşazadənin müqəddəsləşdirilməsinin vacib olduğunu da əlavə edib.

Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa Y. Mahmudovun təklifi ilə razılaşmayıb. Onun fikrincə, mərasimlərlə bağlı məsələdə fətva həlledici rol oynaya bilməz: "Ən yaxşısı o olardı ki, tanınmış adamlar sadə insanlara nümunə göstərsin. Fətva çıxış yolu deyil". F. Mustafa şeyxülislamın müqəddəsləşdirilməsinin də əleyhinə çıxıb və deyib ki, müqəddəslik yalnız Allaha məxsusdur.

Tədbirdə Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov, rejissor Ramiz Əzizbəyli, xalq şairi Zəlimxan Yaqub, "Təbliğ" İslam Xeyriyyə Vəqfinin rəhbəri Seyid Camal Əzimbəyli, Milli Məclisin üzvü Ziyad Səmədzadə, politoloq Cümşüd Nuriyev, jurnalist Qulu Məhərrəmli və başqaları mövzu ətrafında çıxış ediblər. Çıxışçılar birmənalı olaraq toy və yas mərasimlərində israfçılığı pisləyiblər.

Tədbirdən sonra A. Paşazadə jurnalistlərə açıqlamasında QMİ tərəfindən bu tip tədbirlərin davam etdiriləcəyini bildirib: "Bu, hələ başlanğıcdır".



Yerləşdirilib:15 İyul, 2011  17:52, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com