Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarı qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, etimadnaməsinin surətini təqdim edən İ. Kakar ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. O, ölkələr arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, Azərbaycan-Pakistan əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylər göstərəcəyini vurğulayıb.
Öz növbəsində, E. Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə pakistanlı diplomatı təbrik edib, işlərində müvəffəqiyyətlər arzulayıb. Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər müzakirə edilib.