Oxucu sual verir: Əti yeyilən heyvan tələyə düşsə, tələdə qorxudan yaxud aclıqdan ölsə, əti halaldırmı? Heyvanı qovanda qorxudan və ya təngnəfəslikdən ürəyi partlayıb ölsə, əti yeyilərmi?
Vəhşi və çöl heyvanlarını ovlamağın bir neçə növü vardır: güllə (ox) ilə vurmaq, ov iti və ov şahini ilə tutmaq, tələyə salıb tutmaq. Əgər heyvan tələyə düşüb aclıqdan və ya qorxudan ölübsə, onun əti yeyilməz. Tələyə düşən heyvanın əti bu şərtlə halal olar ki, tələdə sağ qalsın, ovçu gəlib onu şəriətə uyğun şəkildə öldürsün və ya kəssin. Heyvan yaralanıb tələyə düşsə və qanaxmadan ölsə, əti haram olar.
Heyvanı qovanda qorxudan və ya təngnəfəslikdən ürəyi partlayıb ölsə, əti haram olar və yeyilməz.