Əfqanıstan prezidenti Həmid Karzainin qardaşı Əhməd Vəli Karzai Qəndahar əyalətində sui-qəsdə məruz qalıb.
APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, naməlum şəxs Ə. V. Karzaiyə tapançadan atəş açıb. Dövlət başçısının qardaşı hadisə yerində ölüb.
Hadisənin təfərrüatları hələlik bəlli deyil. Qəndahar əyalətinin qubernatoru prezidentin qardaşının öldürüldüyünü təsdiqləyib.
Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Ə. V. Karzainin narkobaron olduğunu açıqlamışdı