Azərbaycan-İran sərhədində yanğın olub. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, Biləsuvar rayonunda İran İslam Respublikası ilə həmsərhəd ərazidə 50 hektar sahədə biçilmiş taxıl sahəsi, 20 hektar quru ot və kol-kos yanıb. Yaxınlıqdakı sərhəd zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğının qarşısı yanğınsöndürənlər tərəfindən tam alınıb.