Fransanın xarici işlər naziri Alen Jüpe Liviya lideri Müəmmər Qəddafinin hakimiyyətdən getməyə hazır olduğunu açıqlayıb. APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Qəddafinin Fransa ilə danışıqlar aparan vasitəçiləri deyiblər.
Nazir bildirib ki, vasitəçilər Qəddafinin getməyə hazır olduğunu söyləyirlər və bu məsələni müzakirə etmək istəyirlər: "Artıq söhbət onun hakimiyyəti təhvil verib-verməyəcəyindən yox, bunun nə vaxt və necə gerçəkləşəcəyindən gedir".