POPULYARXƏBƏRLƏR

Küveytdə ermənilərdən ibarət mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib

700 000 dollar məbləğində qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunan dəstənin başçısı isə axtarışdadır

Küveytin nüfuzlu və çoxtirajlı ingilisdilli "Arab Times" qəzeti və "Əl-Siyasə" xəbər agentliyi Küveytin iyulun 11-də hüquq-mühafizə orqanları tərəfindən ermənilərdən ibarət mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsinə dair məlumat yayıb. Azərbaycanın Küveytdəki səfirliyindən APA-ya verilən xəbərə görə, məlumatda bildirilir ki, Küveyt Daxili İşlər Nazirliyinin kriminal hallar idarəsinin əməkdaşları böyük villalardan və qızıl-zinət mağazalarından külli miqdarda qızıl məmulatları və bahalı əşyalar oğurlayan Rusiya vətəndaşı olan altı ermənidən ibarət peşəkar cinayətkar dəstəni zərərsizləşdirib.

Tərkibində iki qadının da olduğu soyğunçu dəstə son dörd il ərzində bir milyon Küveyt dinarı (təxminən 3 700 000 ABŞ dolları) məbləğində qızıl-zinət əşyaları oğurlayıb. Onlar yay mövsümündə kommersiya məqsədli vizayla Küveytə gələrək zəngin insanların villalarını soymaqla məşğul olurmuşlar. Dəstə başçısı axtarışdadır.

Məlumata görə, son vaxtlar paytaxtda və Havalli yaşayış məntəqəsində yerləşən villalarda oğurluq və soyğunçuluq hallarının artması və seyflərdən oğurluqda daha inkişaf etmiş texnologiyanın tətbiqi müşahidə edilib. Yalnız son iki ay ərzində ümumi dəyəri iki yüz min Küveyt dinarı məbləğində qızıl-zinət əşyaları oğurlanıb. Polis nəzarət-təftiş işlərini gücləndirib və 2007-ci ildə məsuliyyətə cəlb olunmuş milliyyətcə erməni olan Rusiya vətəndaşını həbs edib. Sorğu-sual zamanı erməni qızıl-zinət əşyalarının oğurlanmasında peşəkarlaşmış mütəşəkkil cinayətkar dəstənin üzvü olduğunu, dəstənin digər üzvləri ilə birlikdə hər il soyğunçuluq məqsədilə Küveytə gəldiklərini etiraf edib.

Həbs olunan şəxs mütəşəkkil cinayətkar dəstənin digər üzvlərini də ələ verib. Onların hamısının milliyyətcə erməni olduqları vurğulanır. Hazırda mütəşəkkil cinayətkar dəstənin başçısının axtarışı davam edir.



Yerləşdirilib:15 İyul, 2011  17:39, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com