Oxucu sual verir: Namazı mütləq canamazın üzərində qılmaq lazımdır?
Namazı çox zaman bəndənin Allahla söhbəti adlandırırlar. Ona görə də namazın həm zahiri, həm də batini şərtlərinə riayət etmək mühümdür. İnsanlar namazın əhəmiyyətini nəzərə alaraq, bütün məsələlərdə, o cümlədən də təmizlik məsələlərində çox diqqətli davranmağa çalışırlar. Namazı canamazın üzərində qılmaq şəriət baxımından vacib deyil. Amma namaza dəyər vermək, onun müstəsna əhəmiyyətini vurğulamaq üçün canamazdan istifadə etmək bəyənilir. Əlbəttə, döşəmənin təmizliyinin qorunması mümkün olmayan ictimai yerlərdə canamaz üzərində namaz qılmaq xüsusilə tövsiyə edilir.