Pakistan ordusunun ölkənin şimal-qərbindəki Kurram vilayətində keçirdiyi əməliyyat zamanı azı 40 silahlı öldürülüb. APA-nın xəbərinə görə, bu barədə Pakistan telekanalları məlumat yayıb.
Əfqanıstan sərhədi yaxınlığındakı Manato yaşayış məntəqəsi ərazisində hökumət qoşunları ilə silahlı qruplaşmalar arasında şiddətli döyüş olub. Ordu hərbi helikopterlər və artilleriyanın dəstəyi ilə silahlı qrupların üzərinə hücum edib. Bir neçə hərbçinin yaralandığı bildirilir. Əməliyyatda məqsəd Əfqanıstana gedən və silahlıların nəzarətində olan nəqliyyat dəhlizini azad etməkdir.